Modern.az

İrana yeni hücum gözlənilir: Trampla Netanyahu nələr danışdı?

İrana yeni hücum gözlənilir: Trampla Netanyahu nələr danışdı?

Dünya

Bu gün, 11:40

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, telefon danışığı ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bərpa etmək imkanlarını nəzərdən keçirdiyi vaxt baş tutub.

Nəşrin məlumatına görə, Tramp bundan bir neçə gün əvvəl Ağ Evdə yüksəkrütbəli hərbi komandirlərlə görüşərək İrana yeni zərbələrin endirilməsi variantlarını müzakirə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir