Modern.az

Bakı-Qazax yolunda sürücü yatdı, TIR aşdı - VİDEO

Bakı-Qazax yolunda sürücü yatdı, TIR aşdı - VİDEO

Hadisə

Bu gün, 12:18

Bu gün saat 02:30-da Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 172-ci kilometrində sürücünün sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a verilən xəbərə görə, Mehdi Mirzəyevin idarə etdiyi “MAN” markalı qoşqulu yük avtomobili yoldan çıxaraq əvvəlcə ayırıcı beton səddə dəyib, sonra qarşı hərəkət zolağına keçərək yol kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin Mahir Məmmədov xəsarət alıb.

YPX Alayının əməkdaşları tərəfindən hadisə yeri nəzarətə götürülüb, digər nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir