Rusiya Azərbaycan ordusunun silahlanmasında olan zirehli texnikanın təmiri üçün müəssisələrin tikintisi və modernləşdirilməsinə kömək edəcək.
Modern.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSVTS) direktoru Dmitri Şuqayev məlumat verib.
Onun sözlərinə görə, tərəflər artıq müvafiq əməkdaşlıq proqramı imzalayıblar.
“Azərbaycan ordusunun silahlanmasında olan zirehli texnikanın təmiri üçün müəssisələrin modernləşdirilməsi və tikintisini nəzərdə tutan geniş proqram imzalanıb”, – deyə Şuqayev “Zvezda” telekanalının efirində bildirib.
O qeyd edib ki, proqram çərçivəsində Rusiya mütəxəssisləri layihələrin həyata keçirilməsinə dəstək göstərəcəklər.