Bakıda şadlıq sarayında kütləvi zəhərlənmə olub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Modern.az-a bildirilib ki, oktyabrın 31-də saat 20:15-dən başlayaraq Nizami rayonu ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfər (qadın) zəhərlənmə şübhəsi ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya hospitalizasiya olunub.
Hər birinə zəruri tibbi xidmət göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, hadisə "Qızıl qaya" restoranında yığıncaq zamanı baş verib. Onların qidadan zəhərləndikləri ehtimal olunur.
