Modern.az

Lavrov ABŞ-a yollandı

Lavrov ABŞ-a yollandı

Dünya

24 Aprel 2023, 08:16

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-a səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Telegram"da bildirib.

 

O, Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.

 

Aprelin 24-də Lavrov BMT Nizamnaməsinin prinsiplərinin müdafiəsi ilə bağlı açıq debatda iştirak edəcək, ertəsi gün Yaxın Şərqlə bağlı debatda sədr olacaq.

 

Bundan əlavə, Lavrovun BMT-nin baş katibi Antonio Quterreşlə görüşü gözlənilir.

 

Qeyd edək ki, rusiyalı jurnalistlərə ABŞ vizası verilməyib. Lavrov bu qərarı axmaq hərəkət adlandırıb və bildirib ki, Moskva bunu “unutmayacaq və bağışlamayacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada