Modern.az

Əsirlikdən azad edilən ukraynalıların sayı açıqlandı 

Əsirlikdən azad edilən ukraynalıların sayı açıqlandı 

Dünya

24 Aprel 2023, 18:50

Müharibə başlayandan bəri Ukrayna 2000-dən çox şəxsi Rusiyanın əsirliyindən azad edib.

 

Modern.az xəbər verir ki, bunu Kiyevdə keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

"Bu müddət ərzində 2238 nəfəri əsirlikdən azad etdik. Mərkəz hər gün 24/7 işləyir. Bu 2238 nəfərdən 140-ı mülki şəxsdir", - prezident deyib.

 

Onun sözlərinə görə, ruslar Ukrayna hərbçilərinə işgəncə verməkdə davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu