Modern.az

Cənubi Qafqazda sülhün mümkün olduğuna inanırıq - ABŞ rəsmisi

Cənubi Qafqazda sülhün mümkün olduğuna inanırıq - ABŞ rəsmisi

Dünya

1 May 2023, 23:48

ABŞ dövlət katibi Blinken Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun mümkün olduğunu düşünür.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Vedant Patel məlumat yayıb.

 

Onun sözlərinə görə, Blinken məsələlərin həllində və davamlı sülhə nail olunmasında dialoqa hazırdır.

 

“Blinken bu istqamətdə çox dərindən məşğul olur. Cənubi Qafqazda sülhün mümkün olduğuna inanırıq. Ona görə də biz bu iki ölkə arasında sülh və sablitliyə nail olmağa çalışırıq”, - deyə Patel vurğulayıb.

 

Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.

Bu xəbər ilə bağlı
ABŞ Bakı ilə İrəvanı barışdıra biləcəkmi? - 22 il sonra...
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV