Modern.az

Rusiyanı Qərb silahları ilə vurmaq olmaz - Kansler

Rusiyanı Qərb silahları ilə vurmaq olmaz - Kansler

Dünya

2 May 2023, 09:34

Almaniya Ukraynaya silah tədarükü məsələsində birtərəfli addımlar atmayacaq.

 

Modern.az xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts deyib.

 

Onun sözlərinə görə, Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə edilməməsi vacibdir.

 

“Biz birtərəfli addımlar atmırıq, yalnız tərəfdaşlarımızla koordinasiyada hərəkət edirik. Ukraynanın özünü müdafiə edə biləcəyi silahlardan Rusiya ərazisinə hücum etmək üçün istifadə olunmaması vacibdir. Rusiya ilə NATO arasında müharibə istiqamətində eskalasiyanın olmaması üçün hər şeyi edirik”, - deyə Kansler qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV