Modern.az

Daha bir ölkə koronavirus qadağalarını ləğv etdi 

Daha bir ölkə koronavirus qadağalarını ləğv etdi 

Dünya

11 May 2023, 08:26

Cənubi Koreya koronavirusla əlaqədar 3 il əvvəl tətbiq olunan qadağaları ləğv edib.

 

Modern.az xəbər verir ki, bu barədə operativ qərargahın iclasında Cənubi Koreya Prezidenti Yun Sok Yol məlumat verib.

 

O qeyd edib ki, COVID-19 virusunun “ciddi xəstəlik” statusu “xəbərdarlıq” səviyyəsinə endirilib. 

 

Yeni qərar koronavirusa yoluxanları 7 günlük məcburi karantinə cəlb olunmaqdan azad edir. Yoluxanlara 5 günlük könüllü özünütəcrid tövsiyə olunur. 

 

Bundan əlavə, qapalı məkanlarda qoruyucu maska taxmaq qaydası da ləğv olunub.

 

Xatırladaq ki, mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV