Modern.az

Britaniya vəd etdiyi bütün tankları Ukraynaya verib

Britaniya vəd etdiyi bütün tankları Ukraynaya verib

Dünya

11 May 2023, 19:47

Böyük Britaniya hərbi yardım çərçivəsində vəd etdiyi bütün "Challenger 2" tanklarını Ukraynaya təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles məlumat verib.

 

O qeyd edib ki, tanklar Ukraynada yoxlanılıb və hərbçilər ondan istifadə etməyə başlayıb.

 

Xatırladaq ki, Britaniya əvvəlcə Ukraynaya 14 “Challenger 2” tankı təhvil verəcəyini vəd edib, lakin Prezident Volodimir Zelenskinin səfərindən sonra London tankların sayını iki dəfə artırmaq qərarına gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV