Modern.az

Kiyevə hücum Afrika ölkələrinə mesajdır - Kuleba

Kiyevə hücum Afrika ölkələrinə mesajdır - Kuleba

Dünya

16 İyun 2023, 14:04

Rusiya prezidenti Vladimir Putin bu gün Kiyevə raket hücumu ilə Afrika liderlərinə sülh əvəzinə Ukraynaya qarşı müharibəni davam etdirmək istədikləri barədə siqnal göndərib.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.

 

"Putin, məhz Seneqal və Cənubi Afrika Respublikasının prezidentlərinin paytaxtımıza səfər etməsi fonunda Kiyevə son həftələrin ən böyük raket hücumunu həyata keçirib.  Rusiya raketləri Afrikaya bir mesajdır: Rusiya sülh deyil, daha çox müharibə istəyir", - Kuleba vurğulayıb.

 

Qeyd edək ki, bu gün Afrika nümayəndə heyəti Kiyevə gəlib. Onlar Volodimir Zelenski ilə görüşmək niyyətindədirlər. Liderlər daha sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburq şəhərinə səfər etməyi planlaşdırırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV