Modern.az

Ukrayna ordusu dörd gündür Baxmutda irəliləyir

Ukrayna ordusu dörd gündür Baxmutda irəliləyir

Dünya

27 İyun 2023, 19:09

Ukrayna ordusu Baxmut yaxınlığında dörd gün ardıcıl olaraq “tədricən, lakin əminliklə” irəliləyir.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

 

“İndi dördüncü gündür ki, Baxmut istiqamətində hücum əməliyyatları davam edir. Müdafiəçilərimiz hər gün cinahlarda irəliləyirlər. Tədricən, lakin əminliklə. Bu günə kimi hərbçilər Baxmut şəhərinə girməyiblər”, - Malyar yazıb.

 

Rusiya "hərbi müxbirləri" və müstəqil müşahidəçilər son günlər Baxmutun cənubunda irəlilədiyini təsdiqləyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV