Modern.az

Yaponiyada güclü ZƏLZƏLƏ 

Yaponiyada güclü ZƏLZƏLƏ 

Dünya

28 İyun 2023, 08:40

Yaponiyanın şimalında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə yerli media hökumət rəsmilərinə istinadən məlumat yayıb.

 

Zəlzələnin episentri Hokkaydo adasının cənub sahillərində, ocağı isə okeanın dibinin təxminən 480 km dərinliyində yerləşib.

 

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə