Modern.az

Məscidə hücum edən 5 nəfər edam olundu

Məscidə hücum edən 5 nəfər edam olundu

Dünya

3 İyul 2023, 19:50

Səudiyyə Ərəbistanı məscidə hücum təşkil etməkdə təqsirli bilinən 5 nəfəri edam edib.

 

Modern.az xəbər verir ki, bu barədə SPA dövlət agentliyi məlumat yayıb.

 

Bildirilir ki, edam edilən şəxslərdən dördü Səudiyyə, biri Misir vətəndaşıdır. Onların hansı məscidə hücum etmək istədiyi, ümumilikdə hadisənin təfərrüatları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, keçən il Səudiyyə Ərəbistanı ümumilikdə 147 nəfəri edam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!