Modern.az

Zelenski Şoltsla Rusiyanı müzakirə etdi 

Zelenski Şoltsla Rusiyanı müzakirə etdi 

Dünya

3 İyul 2023, 21:24

Ukrayna prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" kanalında yazıb.

 

Liderlər NATO-nun Vilnüs sammiti öncəsi mövqeləri razılaşdırıb və Ukrayna üçün gələcək təhlükəsizlik təminatlarının formatlarını müzakirə ediblər.

 

"Döyüş meydanındakı vəziyyət barədə məlumat verilib", - açıqlamada deyilir.

 

Zelenski, həmçinin Rusiya və Belarusdakı son hadisələrlə bağlı qiymətləndirmələri bölüşüb, “taxıl sazişi”nin hazırkı vəziyyətini və onun davam etdirilməsinin vacibliyini müzakirə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV