Modern.az

Məscid yaxınlığında atışma - İki nəfər öldü 

Məscid yaxınlığında atışma - İki nəfər öldü 

Dünya

8 İyul 2023, 08:50

Livanın şərqində məscid yaxınlığında baş verən atışmada iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

 

Bildirilib ki, hadisə Bar-İlyas kəndində baş verib.

 

“Al Jadeed News” telekanalının məlumatına görə, naməlum şəxs məsciddən çıxanlara atəş açıb. Hadisə yerinə polis cəlb olunub. Hücum edən şəxs polisə müqavimət göstərib, o, baş verən atışmada yaralanıb.

 

Atəş açan şəxsin psixi pozğunluqdan əziyyət çəkdiyi bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV