Modern.az

Müharibənin tezliklə bitməsini arzulayırıq - Ərdoğan

Müharibənin tezliklə bitməsini arzulayırıq - Ərdoğan

Dünya

8 İyul 2023, 10:10

Türkiyə Ukrayna xalqı ilə həmrəydir və müharibənin ən qısa zamanda bitməsini arzu edir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Onun sözlərinə görə, son bir il ərzində “Taxıl sazişi” nəticəsində 33 milyon tona yaxın Ukrayna taxılı ehtiyacı olan ölkələrə göndərilib. Ərdoğan sazişin uzadılmasına ümid etdiyini bildirib.

 

Türkiyə lideri, həmçinin Ukraynanın NATO üzvlüyünə layiq olduğunu qeyd edib.

 

“Sülh axtarışına qayıtmaq bizim ən səmimi arzumuzdur. Biz Ukraynanın dirçəlişi üçün lazımi dəstəyi verəcəyik və danışıqlar əsasında müharibəni bitirmək üçün səylərimizi davam etdirəcəyik”, - Prezident vurğulayıb.

 

Ərdoğan onu da diqqətə çatdırıb ki, Türkiyə müharibənin beynəlxalq hüquq əsasında sona çatması üçün ən çox səy göstərən ölkədir.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV