Modern.az

Bayden Ukraynanın NATO-ya üzvlük məsələsinə NÖQTƏ QOYDU

Bayden Ukraynanın NATO-ya üzvlük məsələsinə NÖQTƏ QOYDU

Dünya

8 İyul 2023, 14:18

ABŞ Prezidenti Co Bayden Ukraynanın NATO-ya üzv olması məsələsinə aydınlıq gətirib.

 

Modern.az-ın xəbərinə görə, Bayden bildirib ki, Ukrayna müharibə şəraitində NATO-ya daxil olmağa hazır deyil.

 

Amerika lideri bu məsələyə yalnız sülhün bərqərar olmasından sonra baxılacağını deyib.

 

Bayden eyni zamanda onu da qeyd edib ki, NATO ölkələri hazırda Ukraynanın üzvlük perspektivləri ilə bağlı fikir ayrılığına malikdirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV