Modern.az

Malidə BMT işçilərinə hücum edilib - Ölü və yaralılar var 

Malidə BMT işçilərinə hücum edilib - Ölü və yaralılar var 

Dünya

9 İyul 2023, 21:05

Malidə yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasına silahlı hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə missiyanın mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, ölkənin daxili hissəsindəki Ansonqo bölgəsində naməlum silahlı şəxslər hərəkətdə olan logistika karvanına hücum edib.

 

İlkin məlumata görə, hücum nəticəsində 3 mülki şəxs ölüb, 11 nəfər yaralanıb.

 

Eyni gün karvana 15 kilometr irəlidə ikinci dəfə hücum edilib. Bu hücumda ölən və yaralanan olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV