Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Kuleba Blinkenlə NATO-nun gələn həftə Vilnüsdə keçiriləcək sammitini müzakirə edib.
"Biz çalışırıq ki, Vilnüs sammitinin yekun qərarları Ukrayna, NATO və qlobal təhlükəsizliyin qələbəsinə çevrilsin", - Xarici İşlər Nazirliyi əlavə edib.