Modern.az

Medvedev Avropanı nüvə zərbəsi ilə HƏDƏLƏDİ

Medvedev Avropanı nüvə zərbəsi ilə HƏDƏLƏDİ

Dünya

9 İyul 2023, 22:15

Smolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında bildirib.

 

“Əgər Smolensk (Desnoqorsk) AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna, Rivne və Xmelnitski AES-lərə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərin eyni vaxtda zərbə endirmək ssenarisini nəzərdən keçirmək lazımdır”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, bəzi teleqram kanalları Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki Desnoqorsk nüvə zavoduna raketlərlə hücum etməyə çalışdığını iddia edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV