Modern.az

Zelenski hələ qərar verməyib

Zelenski hələ qərar verməyib

Dünya

9 İyul 2023, 22:34

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitində iştirak edib-etməmək barədə hələ qərar verməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olha Stefanişina bildirib.

 

“Hələlik yekun qərar verilməyib. Biz Vilnüsdəki bütün görüşlərin formatını tam başa düşmürük və fiziki olaraq masaya qoyulacaq qərarları tam başa düşmürük”, - Stefanişina “European Pravda”ya deyib.

 

Onun sözlərinə görə, NATO sammitində müzakirə olunacaq yekun sənədlər üzərində iş hələ də davam edir. “Yəni, biz vəziyyəti simulyasiya edirik. Ukrayna-NATO Şurasının iclası var, sammitin özündə prezidentin çıxışı var. Liderlərin qarşısındakı masada sammitin yekunlarına əsasən qəbul edilməsi təklif olunan yekun sənədlər var. İndi biz bu sənədlərdə nələrin olacağını bilmirik”, - Stefanişina bildirib.

 

NATO-nun baş katibi Yens Stoltenberq Zelenskinin sammit çərçivəsində keçiriləcək Ukrayna-NATO Şurasının ilk iclasında iştirak edəcəyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV