Modern.az

Saakaşviliyə qadağa qoyuldu 

Saakaşviliyə qadağa qoyuldu 

Dünya

10 İyul 2023, 00:03

Gürcüstanın hazırda həbsdə olan keçmiş dövlət başçısı Mixail Saakaşviliyə qohumları ilə telefonla danışmaq qadağan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə yerli mətbuat Saakaşvilinin keçmiş vəkili Şalva Xaçapuridzeyə istinadən məlumat yayıb.

 

Məlumata görə, Saakaşvilinin yanına hazırda yalnız anasını buraxırlar.

 

Hətta siyasətçinin partiyasının üzvlərinə, deputatlara da onunla görüşməyə icazə vermirlər.

 

Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV