Modern.az

Türkiyədə leysan fəsadlar törətdi - FOTOLAR

Türkiyədə leysan fəsadlar törətdi - FOTOLAR

Dünya

10 İyul 2023, 00:56

Türkiyənin şimalında leysan yağışlar həyatı iflic edib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, Ordu vilayətində çay daşaraq şəhər mərkəzini basıb.

 

Samsunda bir qadın həyatını itirib. Zonguldak, Düzce, Bartın, Bolu, Çorum və Karabükdə sel fəsadlar törədib, nəqliyyatın hərəkətində fasilələr yaranıb.

 

Ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında leysan yağışların bəzi bölgələrdə səhər saatlarına qədər davam edəcəyini bildirib və vətəndaşlara xəbərdarlıq edib.

 

Yerli hakimiyyət orqanları selin fəsadlarının aradan qaldırılması üzərində işləyir. Yerlikaya ədliyyə naziri Yılmaz Tuncla təbii fəlakətdən ən çox zərər çəkən Bartın şəhərinə gedib.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada