Modern.az

Putin danışıqlar aparmağa məcbur olacaq - Zelenski

Putin danışıqlar aparmağa məcbur olacaq - Zelenski

Dünya

10 İyul 2023, 00:24

Ukrayna Silahlı Qüvvələrı Krıma çatan zaman Vladimir Putin danışıqlar aparılmasını istəyəcək.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABC-yə müsahibəsində deyib.

 

“Tamamilə aydın, məntiqli ritorikadır ki, Ukrayna müvəqqəti olaraq işğal olunmuş Krımla inzibati sərhədə çatan kimi, çox güman ki, Putin genişmiqyaslı işğaldan əvvəlkindən fərqli olaraq sivil dünya ilə dialoqa getməyə məcbur olacaq", - Zelenski bildirib.

 

O, Ukraynanın heç bir ərazisini güzəştə getməyəcəyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır