Modern.az

Kadırovçular Baxmuta göndərildi

Kadırovçular Baxmuta göndərildi

Dünya

10 İyul 2023, 00:47

Çeçenistan rəhbəri Ramzan Kadırov "Axmat" xüsusi təyinatlılarının Ukraynanın işğal altında olan Baxmut bölgəsinə göndərildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb.

 

Bildirilir ki, hərbçilərə Apta Alaudinov komandanlıq edir. Çeçenistan rəhbərinin sözlərinə görə, belə bir qərar Baş Qərargahın etimadından və bölmənin yüksək döyüş qabiliyyətindən xəbər verir.

 

Qeyd edək ki, may ayının sonunda "Axmat" xüsusi təyinatlıları Maryinsk istiqamətinə köçürülüb. "Vaqner" muzdlularının qiyam cəhdi zamanı hərbçilər "terror əleyhinə əməliyyat keçirmək" üçün Maryinski istiqamətindən Rostov-na-Dona göndərilib. Daha sonra “Axmat” yenidən müharibə bölgəsinə aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV