ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla NATO-nun Vilnüsdə keçiriləcək sammitini və Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departementinin sözçüsü Metyu Milller bildirib.
Blinken deyib ki, İsveçin NATO-ya qoşulmasının, ABŞ və Türkiyənin uzun müddətdir davam edən müdafiə əməkdaşlığını daha da gücləndirməsinin vaxtıdır.
O, həmçinin BMT-nin Suriyaya transsərhəd humanitar yardım mexanizminin 12 ay müddətinə yenilənməsinə ehtiyac olduğunu söyləyib.