Modern.az

Ukrayna Krıma raket zərbələri endirdi

Ukrayna Krıma raket zərbələri endirdi

Dünya

10 İyul 2023, 10:10

Ukrayna S-200 raketləri ilə Rusiyanın ilhaq etdiyi Krım yarımadasına zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Krımla yanaşı, Kaluqa və Rostov vilayətləri də atəşə məruz qalıb.

 

Nazirliyin məlumatına görə, raketlər havadan müdafiə sistemləri və elektron vasitələrlə zərərsizləşdirilib.

 

Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı qanunsuz olaraq ilhaq edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV