Modern.az

Seçki qarşıdurmaya səbəb oldu - 20 ölü, 350 yaralı

Seçki qarşıdurmaya səbəb oldu - 20 ölü, 350 yaralı

Dünya

10 İyul 2023, 12:41

Hindistanın şərqində yerləşən Qərbi Benqaliya ştatında yerli hakimiyyət orqanlarına keçirilən seçkilər zamanı siyasi partiyaların tərəfdarları arasında toqquşmalar baş verib. 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, insident zamanı azı 20 nəfər həlak olub, 350-dən çox insan yaralanıb.

 

Məlumata görə, hakim “Trinamul Konqres” partiyasının fəalları ilə müxalif Kommunist (Marksist), İnqilabçı Sosialist partiyaların və digər siyasi qüvvələrin tərəfdarları arasında baş verən qarşıdurmada odlu silahlardan və əldəqayırma bombalardan istifadə olunub.

 

Yerli hakimiyyət orqanları ştatda vətəndaş müharibəsi təhlükəsinin olduğunu bəyan edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV