Modern.az

Rusiya Zaporojyeni bombaladı - Ölən və yaralılar var

Rusiya Zaporojyeni bombaladı - Ölən və yaralılar var

Dünya

10 İyul 2023, 13:52

Rusiya hərbçiləri Zaporojye vilayətinin Orexov şəhərində humanitar yardımların aparıldığı yeri bombalayıb. 

 

Modern.az Ukrayna Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.

 

“Rusiya Silahlı Qüvvələri cəbhə bölgəsində yerləşən Orexovoda müharibə cinayəti törədib. Yaşayış məntəqəsinə humanitar yardım göndərərkən idarə olunan aviabomba ilə zərbələr endiriblər. Hücum nəticəsində üç qadın və bir kişi hadisə yerində ölüb”, - rəsmi açıqlamada qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...