Modern.az

NATO-nun sammiti başladı

NATO-nun sammiti başladı

Dünya

11 İyul 2023, 13:00

Litvanın paytaxtı Vilnüs şəhərində NATO-nun sammiti başlayıb.

 

Modern.az xəbər verir ki, NATO dövlətlərinin liderləri Şimali Atlantika Alyansının qarşısında duran ən aktual vəzifələri həll etmək üçün bir araya gəlib.

 

NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, bu sammit müzakirə olunacaq bir çox məsələlərlə bağlı tarixi toplantıdır. Bura İsveçin alyansa üzvlüyü, Ukraynaya dəstək, üzv ölkələrin müdafiə öhdəliyinin artırılması kimi məsələlər daxildir.

 

“Sammitdə Ukraynaya gələcək dəstək barədə də qərarlar qəbul ediləcək, biz Kiyevə əlavə hərbi dəstək göstərməyi öhdəmizə götürürük”, - Stoltenberq deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV