Modern.az

Qaribaşvili Çinə səfər edəcək

Qaribaşvili Çinə səfər edəcək

Dünya

25 İyul 2023, 12:24

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabah Çinə işgüzar səfərə gedəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

 

O, Çenqduda keçiriləcək 31-ci FISU Dünya Yay Universitet Oyunlarının açılış mərasimində iştirak edəcək. Yarışlarda Gürcüstandan 50 tələbənin qatıldığı qeyd olunub.

 

Qaribaşvili ardınca Pekinə yola düşəcək və orada yüksək səviyyəli, ikitərəfli görüşlər keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentdən kritik xəbərdarlıq - Xəzərdə faciə baş verə bilər