Modern.az

Tehranda partlayış: bina çökdü, 10-dan çox yaralı var

Tehranda partlayış: bina çökdü, 10-dan çox yaralı var

Dünya

7 Avqust 2023, 15:56

İranın paytaxtı Tehranda güclü partlayış olub.

 

Modern.az xəbər verir ki, bu barədə Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Mələki məlumat verib.

 

Qaz partlayışı nəticəsində üçmərtəbəli bina uçub, 12 nəfər xəsarət alıb. Cəlal Mələki hadisə zamanı yaxınlıqdakı binalara da ziyan dəydiyini bildirib.

 

Yaralılara ilkin tibbi yardım göstərilib. Hazırda faktla əlaqədar araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!