Respublikaçılar Konqres seçkilərində ciddi məğlubiyyətə uğrasalar, ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi əməliyyata başlaya bilər.
Modern.az xəbər verir ki, “Axios” bunu Ağ Evdəki mənbəsinə istinadən yazıb.
Mənbənin qiymətləndirməsinə görə, seçkinin nəticələrindən doğan alçaldılma hissi Trampı Tehrana qarşı daha sərt addımlar atmağa sövq edə bilər.
Nəşr bildirir ki, regional tərəfdaşlar bu səbəbdən İranı ABŞ ilə razılaşmaq üçün indiki fürsətdən istifadə etməyə çağırırlar.
“Razılaşma əldə etmək üçün ən yaxşı şansları məhz indidir”, – mənbə deyib.
Qeyd edək ki, yeni əməliyyat ehtimalı mənbənin qiymətləndirməsidir.