Suriya Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın daxil olduğu “Məkkə ittifaqı”na qoşulmaq imkanını nəzərdən keçirir.
Modern.az xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı məsləhətləşmələr davam edir. Bununla belə, Dəməşq hələlik rəsmi müraciət və ya yekun qərar açıqlamayıb.
Nazir ittifaqa mümkün üzvlüyü regional təhlükəsizliyin gücləndirilməsi və iştirakçı ölkələrlə hərbi-siyasi əməkdaşlığın inkişafı baxımından qiymətləndirib.