Modern.az

İranın zərbələr endirəcəyi ölkələrin siyahısı dərc olunub

İranın zərbələr endirəcəyi ölkələrin siyahısı dərc olunub

Dünya

Bu gün, 17:51

İran mediasında ABŞ və ya İsrailin yeni hücumu halında Tehranın zərbə endirə biləcəyi ölkə və obyektlərin siyahısı yayımlanıb.

Modern.az xəbər verir ki, yayılan məlumatlarda “sıfır saatı” adlandırılan zərbələrin yeni hücumun başlanmasından sonrakı 24 saat ərzində həyata keçiriləcəyi iddia olunur.

Siyahıda İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Oman və İordaniyada yerləşən obyektlər göstərilib.

Mümkün hədəflər sırasında limanlar, hava limanları, elektrik stansiyaları, sutəmizləyici qurğular, sualtı kabellər, hotellər və ticarət mərkəzləri sadalanıb.

Məlumatda siyahını yayımlayan konkret media qurumları və onun İranın rəsmi mövqeyini əks etdirib-etdirmədiyi göstərilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir