Norveçin "Datatilsynet" məlumatların mühafizəsi agentliyi avqustun 14-dən etibarən "Metaverse"i istifadəçi məxfiliyini pozduğuna görə cərimələmək qərarına gəlib.
Modern.az xəbər verir ki, qərara əsasən "Metaverse" şirkəti gələn həftədən etibarən hər gün 1 milyon kron (təxminən 98 500 dollar) cərimə ödəməyə başlayacaq.
Şirkət noyabrın 3-dək cərimə ödəməyə davam edəcək.
"Datatilsynet" iyulun 17-də bildirmişdi ki, "Metaverse" müəyyən edilmiş qaydalara əməl etməsə, cərimələnəcək. Agentlik Meta-nı istifadəçilərin yeri və digər şəxsi məlumatlara dair tələbləri pozmaqda ittiham edib.