Türkiyənin İstanbul şəhərində ağlasığmaz hadisə baş verib.
Modern.az xəbər verir ki, Şenol.B adlı kişi böyük qardaşının ona düyməli telefon almasından qəzəblənərək evini yandırıb.
Yanğın beşmərtəbəli binanın mansardında baş verib. Bunu görən məhəllə sakinləri aidiyyəti qurumlara zəng ediblər. Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürən cəlb edilib.
Yanğınsöndürən əməkdaşları tərəfindən yanğın nəzarətə götürülüb. Lakin ev müəyyən qədər zərər görüb.
Araşdırmalara başlayan polis yanğını törətməkdə şübhəli bilinən şəxsi nəzarətə götürüb. Araşdırma zamanı məlum olub ki, Şenol qardaşının ona smartfon almamasından qəzəblənib və buna görə evi yandırmaq qərarına gəlib.