İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian yaxın vaxtlarda Səudiyyə Ərəbistanında səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mələumat verib.
N.Kənani iki ölkə arasındakı əlaqələrin inkişaf yoluna qədəm qoyduğunu söyləyib: "İran xarici işlər nazirinin Səudiyyə Ərəbistanına səfəri yaxın vaxtlarda baş tutacaq. Bu səfərdə iki ölkənin iqtisadi əlaqələrinin inkişafı nəzərdə tutulur. Eləcə də müxtəlif məsələlər müzakirə olunacaq”.
O, səfərin dəqiq tarixini açıqlamayıb. Nasir Kənani Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizin İran prezidenti İbrahim Rəisini ölkəsinə rəsmi dəvət etməsi ilə bağlı suala da cavab verib.
"Bu səfərin tarixi hələ müəyyənləşməyib. Səfər uyğun vaxtda baş tutacaq",- XİN sözçüsü deyib.