Modern.az

Rus oliqarxın işindən XƏBƏR VAR

Rus oliqarxın işindən XƏBƏR VAR

Dünya

16 Avqust 2023, 10:28

Keçmiş FTB agenti Çarlz Makqoniqal məhkəmədə rus oliqarx Oleq Deripaska üçün işlədiyini etiraf edib.

 

Modern.az xəbər verir ki, bu barədə NEXTA məlumat yayıb.

 

O, Deripaska adından rəqibi, "Norilsk Nikel" şirkətinin rəhbəri Vladimir Potaninin kompromatlarını toplayıb. Bunun üçün keçmiş FTB agenti 17.5 min dollar alıb. İndi onu 5 ilə qədər həbs gözləyir.

 

Makqoniqal ABŞ-ın Deripaskaya qarşı sanksiyalarını pozmaq üçün sui-qəsddə günahkar olduğunu etiraf edib və dərin peşman olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu