Ötən gün dünyanın müxtəlif bölgələrində diqqətçəkən maraqlı hadisələr baş verib.
Modern.az dünyanın dörd bir yanında baş verən hadisələri əks etdirən fotoşəkilləri təqdim edir:

Hindistanda Kalka-Şimla dəmir yolunun bir hissəsi sürüşmə nəticəsində dağılıb

Çində mənzil xərcləri indeksi ardıcıl ikinci ay aşağı düşüb

Manilada katoliklər Müqəddəs Rox Gününü qeyd etməyə hazırlaşırlar

Tenerifedə şiddətli meşə yanğınları bir sıra bələdiyyələrdə sakinlərin təxliyəsinə səbəb olub

Meşə yanğınlarının tüstüsü Kanadanı əhatə edir

Cənubi Çin dənizində balıq ovu qadağası başa çatıb. Bu münasibətlə minə yaxın qayıq balıq tutmağa gedib.

Yekaterinburqun Tarixi Meydanında yenilənmiş yeraltı keçid açılıb

Kosmonavt Aleksey Ovçinin təlimi Ulduzlar şəhərindəki hidrolaboratoriyada baş tutub

Sanksiyalara görə Niger sərhədində ərzaq və digər malların olduğu yüzlərlə yük maşını ilişib qalıb

İspaniyada su festivalı
"İnterfaks"ın materialı əsasında...