Modern.az

Ankara Putin-Zelenski görüşünə ev sahibliyi etmək istəyir

Ankara Putin-Zelenski görüşünə ev sahibliyi etmək istəyir

Dünya

21 Avqust 2023, 15:14

Türkiyə Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etmək istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, Türkiyə sülhün əldə olunmasına çalışır: “Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı onunla bu barədə danışdıq. Həmçinin NATO Liderlər Zirvəsindəki müzakirələrdə bu məsələ barədə fikir mübadiləsi apardıq".

 

Ərdoğan iki liderin Türkiyədə görüşə razılıq verəcəyinə ümid etdiyini vurğuayıb.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu