Modern.az

Budanov Krımdakı əməliyyatın məqsədini AÇIQLADI

Budanov Krımdakı əməliyyatın məqsədini AÇIQLADI

Dünya

25 Avqust 2023, 13:53

"Krımda həyata keçirilən əməliyyat insanların azadlığa qovuşmasının və qələbənin çox yaxın olduğunu xatırlamaq və inandırmaq məqsədi daşıyır".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov telemarafonun efirində deyib.

 

"Heç kim onları - Krım sakinlərini elə-belə tərk etməyəcək. Krım ərazisinə müəyyən zərbələr endirilməklə bu iş bitməyəcək - quru əməliyyatı olacaq, ərazilərimizin qaytarılması olacaq. Tezliklə hamı öz evinə qayıtmağı gözləyəcək”, - deyə o bildirib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu