Modern.az

Kremldən Priqojinin ölümünə MÜNASİBƏT

Kremldən Priqojinin ölümünə MÜNASİBƏT

Dünya

25 Avqust 2023, 14:28

"Putin son vaxtlar Kremldə Priqojinlə görüşməyib".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Priqojinin təyyarə qəzasında Kremlin əli olması ilə bağlı iddiaları tamamilə yalandır. Onun ölümünü təsdiqləmək üçün genetik ekspertiza da daxil olmaqla ekspertizalar lazımdır, lakin rəsmi nəticələr yoxdur", - sözçü əlavə edib.

 

"Vaqner"in gələcəyi ilə bağlı heç nə deyə bilməyəcəyini bildirən Peskov de-yure belə bir strukturun olmadığını qeyd edib.

 

"İndi Putinin Priqojinin dəfnində iştirak edib-etməyəcəyini söyləmək mümkün deyil, prezidentin iş qrafiki sıxdır. Rusiya prezidenti sentyabrda Hindistanda keçiriləcək G20 sammitinə getməyəcək. Putinlə Ərdoğanın görüşü artıq hazırlanır, o, tezliklə baş tutacaq. Hava hücumundan müdafiə sistemləri Ukrayna PUA-larının Rusiya Federasiyasına hücumlarını dəf etmək üçün kifayət qədər effektiv işləyir", - Peskov söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu