Modern.az

Baş nazirin əri Rusiyaya mal daşıyırmış - Üzr istəyirəm...

Baş nazirin əri Rusiyaya mal daşıyırmış - Üzr istəyirəm...

Dünya

25 Avqust 2023, 17:03

Estoniya baş naziri Kaya Kallasın əri Arvo Hallik ERR agentliyi tərəfindən aparılan araşdırmadan sonra Rusiyaya mal daşımağa davam edən bir şirkətdə sahib olduğu payı satmağı planlaşdırdığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Novaya Gazeta Europe" məlumat yayıb.

 

İş adamı qeyd edib ki, xanımı onun kommersiya fəaliyyətindən xəbərsizdir.

 

"Onun qiymətləndirməsi birmənalı idi. Buna haqq qazandıran heç bir hal yoxdur", - baş nazirin əri deyib.

 

Onun sözlərinə görə, səhmlərini satacaq, şirkətin direktorlar şurasından istefa verəcək, bütün rol və məsuliyyətlərdən imtina edəcək.

 

Hallik həmçinin yaranmış vəziyyətə və həyat yoldaşına dəymiş mənəvi ziyana görə üzr istəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu