Modern.az

Fransa səfirinə 48 saat vaxt verildi

Fransa səfirinə 48 saat vaxt verildi

Dünya

25 Avqust 2023, 23:28

Nigerdə hakimiyyəti ələ keçirən hərbçilər Fransa səfirinə ölkəni tərk etməsi üçün 48 saat vaxt verib.

 

Modern.az xəbər verir ki, bu barədə Nigerin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlikdən verilən məlumata görə, səfirin ölkəni tərk etməsi qərarı onun Nigerin xarici işlər naziri ilə görüşə dəvətə cavab verməməsi səbəbindən qəbul edilib.

 

Açıqlamada Fransa hökumətinin digər hərəkətlərinin də Nigerin maraqlarına zidd olduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!