Modern.az

Baydendən Trampa: Yaraşıqlı və gözəl oğlan...

Baydendən Trampa: Yaraşıqlı və gözəl oğlan...

Dünya

26 Avqust 2023, 08:42

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampı həbsxana fotosuna münasibət bildirib.

 

Modern.az xəbər verir ki, o, Trampı "yaraşıqlı oğlan" adlandırıb.

 

"Yaraşıqlı oğlan, gözəl oğlan", - Bayden deyib .

 

Prezident televiziyada Trampın şəklini gördüyünü deyib.

 

Xatırladaq ki, avqustun 25-də Donald Tramp 2020-ci il seçkilərinə müdaxilə ilə bağlı rəsmi həbs prosedurundan keçib və sonrakı məhkəmə prosesləri üçün həbsxanada foto çəkdirib. Ağ Evin keçmiş rəhbəri 200 min dollar girov ödədikdən sonra sərbəst buraxılıb.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?