Modern.az

İstanbulda taxıl sazişi üzrə görüş keçirilə bilər

İstanbulda taxıl sazişi üzrə görüş keçirilə bilər

Dünya

28 Avqust 2023, 08:30

Türkiyə hakimiyyəti BMT ilə birlikdə Rusiya nümayəndə heyəti ilə taxıl sazişi üzrə danışıqların imkanlarını araşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata görə, danışıqlar İstanbulda baş tuta bilər.

 

“Hazırda bu görüşün imkanları üzərində işləyirik. Müzakirə üçün konkret təkliflər hazırlayırıq. Əlaqələr müvafiq kanallardan keçir. Proses dayanmır”, - agentliyin mənbəsi deyib. O, görüşün nə vaxt keçirilə biləcəyini açıqlamayıb.

 

Qeyd edək ki, Rusiya iyulun 18-də taxıl sazişindən çıxıb.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu