Türkiyənin Konya vilayətində zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Kulu rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.8 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 13.6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.