Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına uyğunlaşır.
Modern.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Ukrayna hərbçilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya mövqeləri minalanmış sahələr və səngərlərlə möhkəmləndirilib. Bu səbəbdən hərbçilər hər ev üçün vuruşmağa və səkkiz-on əsgərdən ibarət kiçik hücum dəstələrindən istifadə etməyə məcbur olurlar.
Qəzet yazır ki, Rusiya ordusu da yeni taktikalardan istifadə etməyə başlayıb. Ukrayna hərbçilərinin bildirdiyinə görə, Rusiya ordusu mina sahələrini yanar maddə ilə doldurur və minaları təmizləmək istəyəndə xüsusi qurğular hər şeyi yandırır.